Bu gün silahdaşlarımızdan daha birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zaqatala rayon şöbəsinin sədri, müharibə veteranı Ağababayev Elçin Qəhraman oğlunun doğum günüdür. Fevral ayının 25-də onun 54 yaşı tamam olur. Ağababayev Elçin Qəhranman oğlu 1971-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikasının Zaqatala rayonunun Aşağı Tala kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. 1988 ci ildə Zaqatala rayonun Aşağı- Tala kənd 3 saylı orta məktəbi bitrib, 1989 cu ildə Sovet Ordusunun Strateji raket qoşunlarının Arxangelski vilayətində yerləşən tədris hərbi hissəsində kicik mütəxəsislər kursunu, 1994- cü ildə Zakatala Kənd təsərrüfatı texnikomunu bitrib.
Elçin Qəhraman oğlu Ağababayev 1989-1991-ci illərdə Sovet Ordusunun strateji raket qoşunlarının Arxangelski vilayətində yerləşən hərbi hissələr də müddətli həqiqi hərbi xidmətdə (əsgər və cavuş rütbəsində) olub. O, 1992-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak etmişdir.
Elcin Ağababayev 1992-2020-ci illərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zaqatala rayon şöbəsinin üzvü olub, 2020-ci ildən etibarən isə AVMVİB-in Zaqatala rayon şöbəsinin sədri vəzifəsindədir.
Ağababayev Elçin Qəhraman oğlu hərbi xidməti vəzfə borclarının yerinə yetirilməsinə xüsusi fərqləndiyinə görə bir sıra yubiley nişanları ilə təltif olunub, fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib:
- “Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının (1994 — 2019) 25 illiyi” yubiley medalı ilə;
- «Silahlı Qüvvələrin yaranmasının ( 1918 — 2018) 100 illiyi” yubiley medalı ilə;
- Böyük Zəfər” medali ilə.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Ağababayev Elçin Qəhraman oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat ximdəti










