Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AAVMVİB) Kürdəmir rayon şöbəsinin sədri, II qrup müharibə əlili Dadaşov Fərəc Balabəy oğlunun ad günüdür. Mart ayının 6-da onun 58 yaşı tamam olur.
Dadaşov Fərəc Balabəy oğlu 1967 -ci ilin mart ayının 6-da Azərbaycan Respublikasının Kürdəmir rayonunun Bağman kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1982-ci ildə Kürdəmir rayonunun Bağman kənd orta məktəbin səkkizinci sinfini, 1984- ci ildə Kürdəmir rayonunun Karrar kənd orta məktəbini, 1991 -ci ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat institutunu bitrib.
Fərəc Dadaşov 1985-1986 -cı illərdə Sovet ordusunun Almaniyada yerləşən hərbi hissəində müddətli həqiqi hərbi xidmətdə olub.1991-ci ildə könüllü olaraq özünü Müdafiyə batalyonuna və Milli Ordu sıralarına yazılaraq, 1991-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda — Ağdam və Lacın rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib və yaralanıb. O, 1999- 2001-ci illərdə Kürdəmir rayonunun Bağman kənd Bələdiyyəsinin sədri olub, 2002-ci ildən etibarən isə Kürdəmir rayon İcra Hakimiyyətində müvafiq vəzifələrdə işləyir. 2-ci qurup müharibə əlili Dadaşov Fərəc Balabəy oğlu 1996-cı ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsini yerınə yetirir. Müstəqil Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində xidmət etdiyi illər ərzində, 1996-cı ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Dadaşov Fərəc Balabəy oğlu Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində xidmət etdiyi, Kürdəmir rayon İcra Hakimiyyətində işlədiyi, 1996-cı ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə Azərbaycan Ordusunun Korpus və Hərbi Hissə Komandirinin, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının, xüsusi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmirləri ilə bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin isə təsis etdiyi xatirə medalları ilə təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Dadaşov Fərəc Balabəy oğlunu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat xidməti

