Şəhidin həyat yoldaşına son məktubu

Fedai.az 1-ci Qarabağ müharibəsində şəhidİ Hacıyev Kamal Hüseyn oğlunun həyat yoldaşı Gülnaz xanıma yazdığı son məktibu təqdim edir.

«Mehribanım Gülnaz, məni gərək qınamayasan! Damarlarda Azəri qanı axan hər bir vətən oğlu, vətənin bu ağır günündə əlinə silah götürüb ayağa qalxmalıdır..!

Axı qız — gəlinlərin əsir getməyinə , qoca qarıların ayaq altında qalmağına göz yuma bilməzdim.!! Gələcəkdə övladlarımın məni istəmələri naminə bu yolu seçdim . Düşmənlərimiz tərəfindən aparılan bu mənasız müharibənin qurbanlarından biri də mən olasam təəssuflənmə , əksinə fəxr et ki, mən fərarilik etmədim!


Amma mən inanıram ki, biz doğma yurdumuzu yağı düşməndən azad edəcək , uçub -dağılmış evimizi yenidən bərpa edəcək və ondan sonra bizim övladlarımız rahat və qayğısız böyuyəcəklər .. —Balaca ÜLVÜ mütləq atalı böyüyəcək.

…SƏNİN KAMALIN …

Əziz ŞƏHİDİMİZ ,   Ülvü qardaşımız atasız böyüsə də torpaqlarımız işğaldan azad olundu.Ruhun şad olsun!

Qyd edək ki, unudulmaz şəhidimiz gizir Kamal Hacıyev Kəlbəcər rayonu Çaykənd kəndində sayılıb seçilən, şair təbiətli, «Bığlı Hüseyn» deyilən el ağsaqqalının ailəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarına hərbi xidmətə çağırılmış, hərbi xidmətə olduğu müddətdə gizirlik kursu keçib rütbə almışdı. Məlum Qarabağ hadisələri başlayanda vətənə xidməti özünə borc bilən Kamal Azərbaycana dönərək Kəlbəcərdə yaradılmış özünümüdafiə könüllü dəstəsində, ondan sonra MN əmri ilə yaradılmış 701 nömrəli briqadanın 712 saylı taborunda, polkovnik leytenant Eldar Həsənovun komandiri olduğu taborda vətənin müdafiəsinə qoşularaq Kəlbəcər uğurunda gedən bütün döyüşlərdə iştirak etmişdir. Kəlbəcərin işğalından sonra N saylı hərbi hissənin üçüncü taborunda kapitan Balay Nəsibovun komandir olduğu taborda tağım komandiri vəzifəsində çalışan Kamal Hacıyev, Kəlbəcər qış əməliyyatlarında rəhmətlik şəhid kapitan Mürşüd Məmmədovla çiyin — çiyinə bütün qanlı döyüşlərdə iştirak etmişdir.

1994 cü ilin yanvar, fevral əməliyyatlarında iştirakı zamanı üç nəfər komandirlə mühasirəyə düşən Kamal düşmənə təslim olmur.


Düşmənin — əllərini qaldır, silahı at əmrinə güya əyilərək silahı yerə qoymaq bəhanəsi ilə əyilib bir anda avtomatın qoruyucusun açaraq atəş açaraq qacıb xilas olan Kamal qarlı Murov dağlarına üz tutur. Amansız dağ aşırımlarında təbiətin sərt üzüylə rastlaşan Kamal ümüdünü üzmədən irəliyə , vətənindən, elindən didərgin düşmüş ailəsinə — balaca Ülvüsünə yetişməyə can atirdı. Dağ aşırımlarının böranlı , covğunlu yollarında gecə olduğu üçün görmədən qara batan Kamal gecəni tarın içində kecirtməli olur. Qarın altında , vətən torpağının doğma istisinə , hənirinə uyuyan Kamal səhəri günəşin şüalarının üzünə düşdüyü an hiss edir (Qarın altı çöldən isti olduğu ancaq ovçular birdə dağ adamları bilər).

Qarın altından çıxaraq dağları aşıb Daşkəsən rayonuna gəlib çıxır. Ayaqları yalın olduğunda tam soyulmuş , dəridən çıxmış vəziyyətdə olduğu üçün hərbi xəstəxanaya gətirilir…


Kəlbəcərə ikinci qış əməliyyatında isə düşmənlə qeyri bərabər döyüş zamanı Kamal öz ayrılmaz komandiri kapitan Mürşüd Məmmədov və əsgərlərı ilə şəhidlik zirvəsinə yüksəlib!

Bu xəbəri paylaşın: