Rusiyada 150 min nəfər məcburi hərbi xidmətə çağırıldı

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə məcburi çağırış haqqında fərman imzalayıb.

Fedai.az
 xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.

Açıqlamada, ölkə prezidenti Vladimir Putinin 18-30 yaş arası 150 min Rusiya vətəndaşının məcburi hərbi xidmətə çağırılması ilə bağlı fərmanı imzaladığı bildirilib. 

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası ötən ilin iyulunda məcburi hərbi xidmət üçün yuxarı yaş həddinin 27-dən 30-a qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. 

Qanun layihəsi yanvarın 1-dən qüvvəyə minib.

Bu xəbəri paylaşın: