TƏBRİK: RASİM SÜLEYMANOV — 50

İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Mənalı bir ömürün bəzəyi olan ad günü Vətən fədailəri üçün hər zaman xüsusi bir əhəmiyyət daşıyır. Belə insanlardan biri də işgüzarlığı, səriştəsi, yüksək intellektual səviyyəsi və mahir idarəçilik qabiliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü təşkilatımızda keçirən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdeoloji iş şöbəsinin sədri hörmətli Suleynanov Rasim Hacıbala oğludur. Bu gün onun yubileyidir. 01 may 2024-cü il tarixində 50 yaşı tamam olur.


Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan, Müharibə Veteranı Suleymanov  Rasim Hacıbala  oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi,Fədai. Az kollektivi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Rasim qoy yaşnızın üstə gələn  bu yaş sizə sevinc dolu günlər bəxş etsin.

Suleymanov  Rasim Hacıbala  oğlu 1974 -cü ilin may ayının 1-də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub, əslən Quba rayonundandır.

O, 1991-ci il Bakı şəhərində  orta məktəbi bitrib, Azərbaycan Dövlət Neft- Kimya İnstitutunda təhsil alib.

1992-1994 cü illərdə Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə düşmənə qarşı qətiyytlə döyüşərək, üzərinə düşən vəzifə və tapşırıqları məsuliyət və şərəf hissi ilə yernə yetrib.Rasim Suleymanov 44 gün davam edən və torpaqlarlarmızın azadlığı ilə nəticələnən «Dəmir Yumruq» əməliyyatlarında hərbi qulluqçularmızın yanında olararaq vətənimizin müdafiəsi üçün əlindən gələn köməyi əsirgəməyib.

O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi içində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək, ictimaiyyət, müharibə veteranları işlədiyi kolektiv, dost — tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanıb.


Azərbaycan Respublikasının Müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, xidmət etdiyi hərbi hissəyə və işlədiyi ictimai birliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, bir sıra Respublika İctimai Birliy sədirlərinin müvafiq əmrləri ilə xatirə medalları və döş nisanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Rasim Süleymanovun yubileyi munasbətilə onu səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Qoy, yaşının üstə gələn bu yaş Rasim müəllimə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə onu xoşbəxt edəcək şəkildə keçsin.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-04-30-at-21-18-12 Whats-App-Image-2024-04-30-at-21-18-12-1

Whats-App-Image-2024-04-30-at-21-18-13
Bu xəbəri paylaşın: