Politoloq, Moskva Dövlət Beynəlxalq İnstitutunun professoru A. Mihranyan Ermənistanin baş naziri N. Paşinyanın BBC-nin «NARD TALK» verilişinin aparıcısı Stiven SAKUR ilə müsahibəsi barədə Ermənistanda tanınmış «HAYELİ» (AYNA) saytınım müxbirinə açıqlama verib.
Müxbirin: » Cənab Mihranyan, əminəm ki, Ermənistanda kəskin səs-küyə səbəb olmuş həmin müsahibəni izləmisiniz. Bu barədə təəssüratlarınız necədir?» sualına o, belə cavab verib: «İlk öncə onu deyim ki, bu müsahibə indiyədək Ermənistanda erməni dilinə tərcümə olunmayıb. Ona görə ki, düşünürlər ki, Azərbaycanda buna sevinirlər və Azərbaycan mətbuatında rus dilində yayımlanaraq bildirilib ki, ingilis aparıcı Paşinyana və onun ətrafındakılara qalib gəlib.
Mən isə Paşinyan demokratiyanın dayağı olduğumuzdan, artıq bizim hər yerdə tanınmağımızdan və s. ilə öyünməyə çalışanda şoka düşdüm, amma aparıcısı buna əhəmiyyət vermək istəmədi, buna məhəl qoymadı.
Yaxud, aparıcı deyir: «Siz Artsaxın Ermənistan olduğunu söyləyəndə bir təxribata yol verdiniz və ona görə də Azərbaycan tərəfi müharibə yolunu seçdi.»
Paşinyan izah etmək istəyirdi ki, ermənilər neçə min illərdir Artsaxda yaşayır və sair. Axı bu cür məsuliyyətsiz bəyanatlar verən yarı savadlı insanlar beynəlxalq birliyin buna necə reaksiya verəcəyini düşünməlidirlər. Yarım savadlı və savadsız bir adam bütün erməniləri və ölkəmizi hər yerdə rüsvay etməyə davam edir, bu adam sadə elementar şeyləri bilmir.
Nə zaman deyirsən ki, ermənilər öz müqəddəratını təyin etmək hüququna sahibdirlər, azadlıqlarını əldə etdilər və taleylərinə nəzarət etməlidirlər, bu tamamilə başqa bir şeydir, ancaq Qarabağa gedib «Artsax Ermənistandır və NÖQTƏ» deyəndə, bu tamamilə fərqlidir, bu zaman sən bütün bu problemləri öz üzərinə götürmüş olursan, ay savadsız. Erməni tərəfinin illərdir yürütdüyü çevik siyasətə zərbə endirirsiniz, hər şeyə sıfırdan başlayırsınız, orada inqilab edirsiniz, o zaman bu inqilab nə oldu?
DAVAMI VAR
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi
