AVMVİB Nəsimi rayon şöbəsi hərbi vətənpərvərliyin təbliği istiqamətində fəaliyyətini davam etdirib.
AVMVİB Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynovun verdiyi məlumata görə, ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Nağı qızı Hüseynova Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsi, gənclərə hərbi vətənpərvərlik duyğusunun aşılanması istiqamətində bədii və pedoqoji yaradıcılığında geniş yer verdiyi üçün AVMVİB Nəsimi rayon şöbəsinin qərarıyla Fəxri Fərmanla təltif olunub.
Mahirə xanım Hüseynovanı bu münasibətlə təbrik edən AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, ona
yeni yaradıcılıq uğurları arzulayıb.
Mərasimdə AVMVİB Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov və rayon şöbəsinin sədr müavini polkovnik-leytenant İlham Rüstəmov, professor Həcər Hüseynova və Mahirə Hüseynova iştirak ediblər.
Təbrik edirik!
E. Səlim
