Azərbaycanda koronavirus infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Ölən yoxdur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 20-nə olan statistik göstəriciləri açıqlayıb.
Fedai.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 174 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 855 802 test aparılıb. Aktiv xəstə sayı 1 738 nəfərdir, onlardan 179 nəfər reanimasiyadadır, 24 nəfər isə süni tənəffüs aparatına qoşulub.
