Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib.
Fedai.az xəbər verir ki, bu gün Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü Nizami Bəşirov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
1957-ci il təvəllüdlü Nizami Yaşar oğlu Bəşirov Rusiyadakı azərbaycanlıların ictimai-siyasi həyatında aktiv iştirak edib.
Vəkillik fəaliyyəti ilə məşğul olan Nizami Bəşirov Moskvanın «Bəşirov və tərəfdaşları» vəkillər kollegiyasına rəhbərlik edib.
Allah rəhmət eləsin!