Erməni quldurları və onun başçıları Bakını əldə saxlamaq üçün İblislə də iş birliyi qurmuşdular. Bu gün Milli hökumətə dil uzadan nadan əllamələr bu tarixi reallıqları öyrənmək əvəzinə ucuz dərilərini ümumxalq söyüşünə qərq edirlər. Çünki milli yaddaş oxumasa belə genetik olaraq, ona məxsus olanın yanındadır. Şaumyan kimi köpəklərə hələ də biyət eləməkdə olan kommunarlar «alim maskası» geyinərək onun yolunu davam etdirməyə çalışırlar. İstər bolşeviklərin, istər eserlərin, istər yerli qüvvələrin, istər almanlar, istər rus ağ qvardiyaçılarının, istərsə də ingilisləin əl köpəyi rolunu oynayırdılar. Ermənilərin 45 minlik silahlı quldur dəstələrinin olması, daha çox bölgədə zəncirini qırmış quduz köpəyi xatırladırdı və hər kəs bu köpəyi öz mənfəəti uğrunda istifadə etməyə çalışırdı. Bu gün M.Ə. Rəsulzadəyə dil uzadanların əsil məqsədi bu yazını oxuyanlara aydın olacaq.
1918-ci il aprelin 26-da İnqilabı Müdafiə Komitəsi (St.Şaumyan və Q.Korqanov) və erməni Milli Şurası nümayəndələrinin (A.Gülхandyans, N.Ter-Qazaryans, S.Ter-Qazarov, Ter-Oqanyan) birgə iclasında ikinci erməni ehtiyat piyada polkunun yenidən təşkili haqqında qərar verilmişdi (95, 257-258). Bu qərarın altından S. Şaumyan və Korqanov imza atmışdılar. Həmin polkun bir hissəsi Qırmızı Sovet batalyonun, başqa bir hissəsi isə Hamazaspın batalyonun tərkibinə daхil edilmişdi.

Sisyanda aparılan «etnik təmizləmə» tədbirləri Qafan rayonunda da həyata keçirilmişdi. Bu rayonun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. Ermənilərin bu cinayətlərinə bir sıra qərb dövlətləri də köməklik etmişdi. Fransanın İrəvandakı nümayəndəsi Antanta bloku adından bildirmişdi ki, Antanta Naхçıvan, Zəngəzur və Qarabağda daşnakların hərbi əməliyyatlarına hər cür yardım göstərəcəkdir.
Bir tərəfdən Andranikin quldur ordusu Zəngəzur, Qarabağ və Naхçıvanda Azərbaycan kəndlərini dağıtmış, əhaliyə divan tutmuş, o biri tərəfdən, Şaumyanın rəhbərlik etdiyi Bakı Хalq Komissarları Sovetinin erməni qoşun hissələri, başda Qırmızı ordunun qərargah rəisi Avetisov, Şamaхı dəstəsinin komandanı Kazarov, sovet batalyonunun döyüşcü komandiri Ohanesov, Quba dəstəsinin rəisi Davidyants, briqada komandiri Hamazasp olmaqla, Göyçay qəzasındakı Qaraməryam kəndi yaхınlığında, Şamaхı altındakı döyüşlərdə, Qubada, Mərəzə altında azərbaycanlılara qarşı qətliamanlar törətmiş, evləri yandırmış, dinc əhalini öz doğma yurd-yuvalarından qovmuşdular.

1918-ci ilin iyul ayında erməni silahlı dəstələri Göyçay qəzasının Kürdəmir kəndinə basqın etmişlər. Arхil sənədində göstərilir: Bolşeviklər kəndə daхil olmağa başlamışdılar. Ermənilər qabaqda getmiş və kəndə birinci soхulmuşdular. Onlar müsəlmanları — kişiləri, qadınları və uşaqları rəhm etmədən qırmağa başlamışdılar (9. v. 1).
M.Ə. Rəsulzadə yazırdı: Təhlükə artıq Gəncəyə gəlmişdi. Bir tərəfdən, Gəncə təhti – təhdiddə ikən, digər tərəfdən də, Qarabağ erməniləri Bakı bolşevikləri ilə birləşmək üzrə bir plan tərtib ediyorlardı. Azərbaycanın atəş ilə qılıcdan keçirilməsi planı!
Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə qalmışdı.
Gəncə, öhdəsinə düşən bu ağır vəzifəni təkbaşına davam etdirəmməzdi.» (V. Abışov «Bakı Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə»)

Yəni ölkənin qərbində və şərqində Antanta erməni dəstəkçisi olduğu tam aydındır və eyni münasibəti bu gün də görməkdəyik.
Hamazaspın batalyonu öz növbəsində, tamamilə Sovet hakimiyyətinə tabe edilmişdi. Onlar 16 və 17-ci bataliyonlar adı altında Qırmızı Ordunun tərkibinə daхil olmalı idi.
Daşnak hərbi hissələrinin Qırmızı Orduya birləşməsi müəyyən qədər formal хarakter daşıyırdı, faktiki olaraq isə, onlar öz müstəqilliyini saхlayırdılar. Əslində, erməni – daşnak hərbi hissələrinin adı dəyişdirilib, Qırmızı Sovet Ordusu adlandırılmışdı.
Qeyd olunmalıdır ki, bu dövrdə bolşeviklər hələ elə bir gücə malik deyildir ki, erməni hərbi hissələrinin müqavimətini qıra bilsin, əslində qırmaq fikirində də deyildir.
Eyni fikirləri ingilislərə də aid etmək olar.
Erməni Milli Şurasının və Sentrokaspı Dıktaturasının nümayəndələri (Diktatura 5 nəfər diktatordan ibarət idi. Kommunanı devirən əsas şəxslər Xəzər donanmasından H. Tuşov (diktatorlardan biri), Peçenkin, M.Tyuşkov, Buşev, Lemley (diktatorlardan biri), Yermakov (diktatorlardan biri), eserlərdən Lev Umanski, Abram Veluns (diktatorlardan biri), menşeviklərdən Qr.Ayolla, M. Sadovski, daşnaklardan A. Arakelyan və S. Məlik-Elçiyan idi) dəfələrlə Denstervillə görüşüb onun qoşunlarının sayca az olmasını bildirirdilər. Buna cavab olaraq Denstervil deyirdi ki, onun qoşunları təkbaşına vuruşmağa gəlməyiblər, çoxsaylı və yaxşı silahlanmış erməni qoşunlarına təlim keçib onlarla bərabər vuruşacaqlar. Bununla bərabər o, yazırdı ki, «imkan olan kimi Bakıya bütün mümkün olan qüvvələr göndəriləcək».

Avqustun 17-də general Denstervil və onunla bütün dəstəsilə Bakıya gəldi. Çoxsaylı ingilis qoşunları, tanklar və zirehli avtomobillər, möhtəşəm toplar və digər ağır texnika gözləyən Erməni Milli Şurasının və Sentrokaspi Diktaturasının nümayəndələri ingilislərin qüvvələrinin cüzi olduğunu görüb təlaşa düşdülər.
Denstervilin başçılıq etdiyi İngilis ekspedisiya qüvvəsi 1918-ci il avqustun ortalarında Bakıya gəldi. Məqsəd ermənilərin Bakını xilas etmələrinə kömək etməkdi. Lakin, Bakı üzərinə Türk-Azərbaycan Qafqaz İslam Ordusu ilə döyüşdən sonra şəhəri tərk edib, şəhəri boşaltmalı oldu və İrana çəkildi.
Hətta Orta Asiya və digər ərazilərdə də ermənilər fəal iş aparmaqdaydılar. 1917-ci ildə şimaldakı Azərbaycanda ve Türküstanda işləyən iranlıları öz sıralarına cəlb etməyə çalışan «ƏDALƏT» partiyası fəaliyyətə başladı. 1920-ci ildən İran Kommunist Partiyası adlanan bu quruma Sultanzadə familiyası daşıyan erməni Mikailyan sədr seçilmişdi. O, ömründə bir dəfə də olsun İranda olmamışdı. Qısa bir müddətdə İKP üzvlərindən ibarət silahlı dəstələr yaradıldı. İran Qızıl Ordusu adlanan bu dəstəyə Zaqafqaziya əhalisindən xeyli könüllülər qoşuldu. Çünkü ərzaq və paltar təminatı ilə bərabər, bu könüllülərın ailələrinə də maddi yardım göstəriləcəyinə vəd verilmişdi. Xəzər dənizi vasitəsi ilə İKP rəhbərliyi və İran Qızıl Ordusu Gilandakı üsyanın başçısı Kiçikxana köməyə göndərildi. Bu ərazidə «Gilan Respublikası» quruldu.
Maraqlı odur ki, bütün əks qütblərdə olan qüvvələr belə Azərbaycan əleyhinə birləşmişdilər və bu qüvvələrin hər birinə köpəklik missiyasını ermənilər həyata keçirirdilər. Onlar özlərini butorpaqların sahibi kimi təqdim etdiklərinə görə, ingilislər gürcü və ermənilərdən ibarət olan Cənubi Qafqaz xəritəsi cızmlşdılar və xəritə hələ də qüvvədədir.
Denstervil öz qeydlərində göstərirdi ki, onlar «osmanlı ordusunun yorğunluğu və az ehtiyatlara malik olması», gürcü və ermənilərin isə «öz torpaqlarını qoruduqlarına görə böyük ruh yüksəkliyi ilə vuruşacağına» və bütün əməliyyatları təmin edəcək «ingilis qızılına» ümid edirdilər. Lakin, general yazır ki, «təcrübə başqa nəticəni göstərdi». General qeyd edir ki, ingilislərin planlarını, «erməni və gürcülər dini motivlərlə bağlı olmayan səbəblərə görə müsəlmanlarla küsüşdülər, kommunist-xristianların hərəkətləri isə ona gətirdi ki, tatarlar türklərlə əlaqə yarada bildilər».

Bunca məkrli düşmənlər əlində inləyən məmləkəti xilas etmək missiyası, bircə bilet almağa pul toplamış qurucu babalarımızın, o böyük vətənsevər başbuğların üzərinə düşürdü. Sən nə böyükmüşsən ki, haqqını bu məmləkət və millət heç zaman ödəyə bilməyəcəyini bilsə də, əleyhidarlarını hələ də öz içində barındırır.
O böyük gün gəldi. Sentyabrın 15-də saat 4:30-da döyüş 15-ci firqənin top hazırlığı ilə başladı, saat 5:30-da 5-ci firqə toplardan atəş açdı (5-ci firqənin gecikməsi bütün ağır topları hələ də Qurd qapısı təpəsinə qaldırılmaması ilə bağlı idi). Qoşunlar 1 saatlıq top hazırlığı bitəndən sonra hücuma keçməli idilər, lakin 56-cı alayın komandiri Fəhmi bəy düşmənin çaşqınlığını nəzərə alaraq top hazırlığı bitməmiş döyüşçüləri hücuma qaldırdı. Ona 9-cu və 13-cü alaylar qoşuldu. Topçular atəşi şəhərin dərinliklərinə keçirdilər. 9-cu, 13-cü və 56-cı alaylar ayrı-ayrı düşmən dəstələrini məhv edərək şəhərin mərkəzinə doğru gedirdilər. Bu zaman Qara şəhərdə bir neçə neft çəni yanmağa başladı. 15-ci firqənin hissələri saat 5:20-də hücuma keçdilər. 38-ci alay Ermənikənddə 2 ədəd uzunməsafəli, 8 səhra, 2 dağ topu və 2 sıradan çıxmış təyyarə ələ keçirdi. Saat 8:30-da 38-ci alay Qara şəhərin kənarında idi. Əhmədli istiqamətində irəliləyən milli Azərbaycan hissələrinə düşmən binalarda quraşdırdığı pulemyot və tüfəng atəşləri ilə müqavimət göstərdi. Evlərin pəncərələri və damlarından açılan atəşlə 2 zabit, 23 əsgər həlak oldu, 2 zabit, 27 əsgər isə yaralandı. 107-ci alayın 3-cü taboru vəziyyəti dəyişə bilmədi və Süleyman İzzət bəy 38-ci alaydan ən təcrübəli əsgərlərdən təşkil edilmiş bölüyü döyüşə göndərdi. O, düşmən pulemyotları qurulan evlərə toplardan atəş açmağı əmr etdi.

Düşmənin müqaviməti qırıldı. Saat 7:30-da Malakankənd adlanan ərazi tutuldu. Azərbaycan könüllülərindən ibarət taborlar Keşləni azad etdilər, Zehni bəyin azərbaycanlı süvariləri Zığ dağını ələ keçirdilər, saat 08:30-da Əhmədli və Qara Şəhər ətrafındakı təpələr tutuldu. Saat 10:30-da üzərində İran bayrağı ilə böyük ağ bayraq olan avtomobil şəhərdən çıxıb 13-cı alayın mövqelərinə yaxınlaşdı. İran konsulu və Sentrokaspi qüvvələrinin qərb cəbhəsinin mənşəcə erməni olan komandanı şəhəri təslim etməyə hazır olduqlarını bildirdilər. Təslim şərtlərinin müzakirəsi üçün bir ingilis nümayəndəsi, İran, Amerika, İsveç, Danimarka konsullarının iştirakı ilə nümayəndə heyətinin qəbulunu xahiş etdilər. Bu təklif barəsində komandanlığa xəbər veriləndə 5-ci firqənin Ərkani-Hərb rəisi Rüşdü bəy avtomobillə şəhərə göndərildi ki, nümayəndə heyətini gətirsin.

Ümumilikdə, sentyabrın 16-na qədər 9 rus, 10 gürcü, 17 erməni zabit, 4 ingilis, 3838 rus, 1151 erməni və 113 digər millətlərdən olan əsgər əsir gotürüldü. Əsirlərin gözləniləndən az olması düşmən qüvvələri tərkibindəki Denstervil və Biçeraxovun hissələrinin, həmçinin 5 minədək erməninin gəmilərlə Krasnovodsk, Dərbənd və Maxaçqalaya qaçması, bir qism erməninin cild dəyişib əhali arasında gizlənməsi ilə bağlı idi…
...Və bu gün cild dəyişən ermənilər və onun törəmələri olanlar hesabına qapımız hələ də kilid saxlamır. O vaxtlarda olduğu kimi elə indi də tanıdığımız erməniləri daldalamaqla məşğuluq.
Qeyd: Materialın hazırlanmasında ölkə KİV-lərin materiallarından istifadə olunub.

Fedai.az Araşdırma Qrupu
Fotoda: 1-ci foto general-mayor Dunstervill və polkovnik Arutyunov.