DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrlara müraciət edib. 

DİM-dən verilən məlumata görə, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı iyulun 15-dək davam edəcək və və bu proses ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı  2020-ci il iyulun 6‑dan başlayıb.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •