Şəhid Mövlüd Qurbanzadənin mövludu qeyd olundu

02.08.1996-cı il təvəllüdlü Şəhid Qurbanzadə Mövlüd Söhbət oğlu 20 sentyabr 2020-ci ildə Vətənimizin ərazi bütövlüyündə şəhid olan igidlərimizdəndir. Şücaətlə düşmənə sinə gərən Mövlüd Qurbanzadə «Cəbrayıl uğrunda», «Füzuli uğrunda», «Vətən uğrunda», «Cəsur döyüşçü» medalları ilə təltif edilmişdir. Şəhid Qurbanzadə Mövlüd Söhbət oğlu eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin «Müharibə veteranı» medalı ilə təltif olunmuşdur.

Bu gün Beyləqan rayon Aşağı Çəmənli kəndində onun mövludu gününə şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri, o cümlədən Beyləqan və Xocavənd şöbə sədrləri Akif Həsənov və Əlövsət Məmmədov, həmçinin Şəhid ailələri, əlillər və qazilərlə işin təşkili şöbəsinin sədri Heybət Əliyev olmaqla Beyləqan rayon İcra Hakimiyyəti nümayəndələri iştirak etmişlər.

AVMVİB Mətbuat xidməti

Elçin Qədirov

dAtbBPp.md.jpg dAtZOlt.md.jpg dAtZXxR.md.jpg dAtZNfI.md.jpg dAtZVDv.md.jpg
Bu xəbəri paylaşın: