Gətir mənə xarı bülbülü

Ey dostum eşitdim, Qarabağdasan,
Gətir mənə ordan, xarı bülbülü.
Dərmə qoparma, cıxar kökündən,
Köksümə əkəçəm, xarı bülbülü.

İnçitmə ehmalça, cixar astadan,
Əkəçəm bağımda, o dərdli gülü.
Durub seyr edəçəm, mən də kənardan,
Şəhidlər rəmzidir, barı bülbülün.

Gətirsən çüt gətir, həsrət qalmasın,
Tək darıxar, qoy olsun yarı bülbülün.
Kədərə qüssəyə, qoy qərg olmasın,
Qalmasın tək yarı, yarı bülbülün.

Qazanda ehmalça, əllərinlə qaz,
O güllər suvarılıb, Şəhid qanıyla.
Qış olsun yaz olsun, nə də ki payız,
Unuda bilmərik xarı bülbülü.

O qoşa gülləri, bəsləyəçəyəm,
Qəlbimdə yaşayan, əbədiyyətlə.
Şəhid ruhlarını, səsləyəçəyəm,
Ürəkdə yaşayan, sevgilərimlə.

O müqəddəs məkana, ayaq basanda,
Əzməyin ləcəyini, xarı bülbülün.
Bulaşıb hər yarpaq, Şəhid qanında,
Şəhidlər rəmzidir, xarı bülbülüm.

Qazi Aslan
Fədai.
Bakı. Biləcəri.
19.04.25.s.08:30

Bu xəbəri paylaşın: