AVMVİB-in rəhbər heyətində yeni təyinat

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbər heyətində yeni təyinat olub. AVMVİB-in sədri Füzuli Rzaquliyev birliyin İdarə Heyətinin qərarına əsasən, təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanovun AVMVİB sədrinin I müavini vəzifəsinə təyin olunması ilə bağlı əmr imzalayıb.

Yeni təyinat münasibətilə AVMVİB-in Baş İdarəsində təqdimat mərasimi keçirilib. Tədbirdə AVMVİB Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyev, AVMVİB sədrinin hüquqi məsələlər üzrə müavini Salman Musayev, AVMVİB sədrinin ictimai əlaqələr üzrə müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov və digər qonaqlar iştirak ediblər. Tədbir zamanı çıxış edənlər Vahid Abdurəhmanovun təşkilat daxilində uzunmüddətli səmərəli fəaliyyətindən, veteranların hüquq və maraqlarının müdafiəsindəki xidmətlərindən bəhs ediblər.

AVMVİB-in sədri Füzuli Rzaquliyev yeni təyinatın təşkilati fəaliyyətin daha da səmərəli təşkili, veteranların sosial müdafiəsinin gücləndirilməsi və İctimai Birliyin fəaliyyət istiqamətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, çıxışında bildirib ki, Vahid Abdurəhmanovun təşəbbüskar və məsuliyyətli bir kadr kimi rəhbərlikdə fəal iştirakı gələcəkdə Birliyin fəaliyyətinə daha çox müsbət töhfələr verəcək.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Vahid Abudrəhmanovu yeni təyinat münasibəti ilə təbrik edir, ona fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-05-05-at-23-04-54

Whats-App-Image-2025-05-05-at-23-05-10

Whats-App-Image-2025-05-05-at-23-06-37

Whats-App-Image-2025-05-05-at-23-05-43

Whats-App-Image-2025-05-05-at-23-06-16

Bu xəbəri paylaşın: