AVMVİB Mingəçevir şöbəsində 9 May Qələbə gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsi tərəfindən 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə tədbir təşkil olunmuşdur. Tədbirdə iştirak edən veteranlar və dəvətli qonaqlar II Dünya müharibəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, onların cəbhədə göstərdikləri mərdlik, igidlik və vətənpərvərlik nümunələrindən danışıblar. Çıxış edən natiqlər müharibə dövründə Azərbaycan xalqının həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyi fədakarlığı xüsusi vurğulamış, bu tarixi Qələbədə azərbaycanlıların layiqli payına diqqət çəkmişlər. Onlar həmçinin qeyd etmişlər ki, bu qəhrəmanlıq ənənələri bu gün də Azərbaycan Ordusunda davam etdirilir və gənc nəsil bu irsə sadiqliklə sahib çıxır.

AVMVİB-in Mətbaut xidməti

Bu xəbəri paylaşın: