Bu gün Sumqayıt şəhərində şəhid Məmmədov Yusif Mirzəli oğlunun dəfn mərasimi keçirildi. Tədbirdə çoxsaylı şəhər ictimaiyyəti və rəhbərliyi iştirak etdi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qubadlı rayon şöbəsinin rəhbərliyi də şəhidin dəfnində iştirak etmişdir.
Əslən Yardımlı rayonundan olan Sumqayıt şəhərinin sakini Şəhid Məmmədov Yusif Mirzəli oğlu 1994 cü ilin fevral ayında Murov Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Gəncə şəhər şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn olunan şəhidimiz eksqimasiyadan sonra şəxsiyyəti müəyyənləşəcək öz doğma şəhərində dəfn olundu. SHXÇDX-nin Sumqayıt şəhər şöbəsinin rəisi, general-mayor Natiq Qarayev tərəfindən şəhidin tabutu üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim olundu.
Allah rəhmət etsin!
AVMVİB-in Mətbuat xidməti