Təbrik: Mübariz Rüstəmov — 58

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri Mübariz Adil oğlu Rüstəmovu doğum günüdür. May ayının 16-da onun 58 yaşı tamam olur.

16 may 1967-ci ildə dünyaya gələn Mübariz müəllim həyatını Vətənə xidmətə, elmə, təhsilə və ictimai fəaliyyətə həsr etmiş ləyaqətli bir ziyalı, döyüşçü və nümunəvi ailə başçısıdır. O, ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunun Elektroenergetika fakültəsində alaraq mühəndis elektrik ixtisasına yiyələnmiş, Mingəçevir SES və Azərbaycan İES-də uzun illər çalışaraq ölkənin enerji sektoruna mühüm töhfələr vermişdir.

1991-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə – 703 və 161 saylı hərbi hissələrdə iştirak etmiş, kapitan vəzifəsində, baş leytenant rütbəsi ilə xidmət göstərmiş, Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirmişdir. Xidməti zamanı Türkiyə Silahlı Qüvvələrinin ixtisasartırma kursunu uğurla başa vurmuşdur.

Hal-hazırda SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində aparıcı nəzəri tədris mütəxəssisi kimi çalışmaqla yanaşı, AVMVİB-in Mingəçevir şəhər şöbəsinin sədri olaraq, veteranların hüquqlarının müdafiəsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində fəal ictimai fəaliyyət göstərir.

Əməksevərliyi, səmimiyyəti və vətənə bağlılığı ilə seçilən Mübariz müəllim həm də nümunəvi ailə başçısıdır. Ailəlidir, 3 övladı və 1 nəvəsi var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, eyni zamanda, Veteran.az və Fedai.az kollektivi Mübariz Adil oğlu Rüstəmovu doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı arzulayır!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-05-17-at-00-01-10

Whats-App-Image-2025-05-17-at-00-02-35

Whats-App-Image-2025-05-17-at-00-06-32

Whats-App-Image-2025-05-17-at-00-07-16

Whats-App-Image-2025-05-17-at-00-08-38

Whats-App-Image-2025-05-17-at-00-09-17

Whats-App-Image-2025-05-17-at-00-10-06

Bu xəbəri paylaşın: