Azərbaycan ilə Türkiyə arasında hərbi təhlükəsizlik üzrə memorandum imzalandı 

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan «IDEF 2025» Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bir sıra ikitərəfli görüşlər keçirib. İstanbulda keçirilən sərgi çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti ilə də görüşüb. O, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə bir araya gəlib.

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından “IDEF 2025” sərgisinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda «Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu» imzalanıb.

Bu xəbəri paylaşın: