Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri Ağdam–Xankəndi–Şuşa marşrutu üzrə təşkil olunmuş ziyarət səfərində iştirak ediblər. Səfər iştirakçıları sırasında “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də çalışan AVMVİB üzvləri də yer alıb.
Ziyarətin əsas məqsədi şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilmiş torpaqlara səcdə etmək, dağıdılmış şəhər və kəndlərimizi yerində görmək, ölkəmizin müharibədən sonrakı bərpa və yenidənqurma işləri ilə tanış olmaq olub.
AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Mübariz Rüstəmov səfərlə bağlı fikirlərini bölüşərək bildirib ki, bu cür ziyarətlər həm veteranların mənəvi ehtiyaclarını qarşılayır, həm də işğaldan azad olunmuş ərazilərin hər bir azərbaycanlı üçün nə qədər dəyərli olduğunu bir daha göstərir.
AVMVİB-in Mətbuat xidməti