u gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Maştağa özəyinin təşəbbüsü ilə Birinci Qarabağ Müharibəsində şəhid olmuş Əliyev Andrey Gülbala oğlunun əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir AVMVİB Maştağa özəyinin sədri Mustafa Mustafayevin rəhbərliyi ilə həyata keçirilib. Anım mərasimi çərçivəsində şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb və ruhuna Quran ayələrindən oxunaraq dualar edilib.
Ziyarətdə Maştağanın tanınmış ağsaqqallarından Məşədi Ağahüseyn, Oqtay Əliyev, kəndin tarixçisi və ziyalıları, eləcə də AVMVİB üzvləri iştirak ediblər. Tədbir iştirakçıları Andrey Əliyevin Vətən uğrunda göstərdiyi fədakarlıqlardan danışıblar, onun qəhrəmanlığını gələcək nəsillərə örnək kimi qiymətləndiriblər.
AVMVİB-in Mətbuat xidməti
