Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir.
“Fedai.az” saytı həmin mühüm müsahibənin videosunu oxuculara təqdim edir ki, hər kəs ölkə başçısının səfərlə bağlı fikirlərini birbaşa izləyə bilsin.
Qeyd etmək lazımdır ki, 93 min üzvdən ibarət Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVİB) dövlət başçımızın həyata keçirdiyi siyasəti, o cümlədən bölgədə sülh prosesinin irəlilədilməsi istiqamətində atılan addımları tam dəstəkləyir. Veteranlarımız həmişə olduğu kimi, bu gün də Prezident İlham Əliyevin yanında dayanaraq, onun milli maraqlarımızı qoruyan mövqeyinə sadiqliklərini ifadə edirlər.
Sülh və təhlükəsizlik yolunda aparılan siyasətin uğurla həyata keçirilməsi, həm ölkəmizin inkişafı, həm də xalqımızın rifahı üçün mühüm əhəmiyyət kəsb edir. AVMVİB rəhbərliyi və üzvləri, Vətən uğrunda fədakarlıq göstərmiş insanlar olaraq, bu missiyanın gerçəkləşməsində hər zaman dövlətimizin və Ali Baş Komandanın yanında olduqlarını bir daha bəyan edirlər.
AVMVİB-in Mətbuat xidməti