Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçirilən “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak ediblər.
“Fedai.az” xəbər verir ki, hərbçilərimizin paradda keçidi maraqlı anlarla yadda qalıb.
Belə ki, keçid zamanı tədbirin şərhçiləri komandolarımızı “Pakistana xoş gəlmisiniz” və “Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı” şüarları ilə salamlayıb.