Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri (AVMVİB) sədri Füzuli Rzaquliyevin Pakistanın Müstəqillik Günü münasibətilə təbrik qardaş xalqı tərbik etmişdir. Təbrikdə deyilir:
Bu gün 14 avqust, Pakistan İslam Respublikasının tarixində mühüm bir gündür. 1947-ci ilin məhz bu günündə, uzun və çətin mübarizələrdən sonra Pakistan xalqı öz dövlət müstəqilliyini elan etdi. Böyük lider Məhəmməd Əli Cinnahın rəhbərliyi ilə qazanılan bu tarixi zəfər, müsəlman dünyasının milli azadlıq uğrunda mübarizəsində mühüm mərhələ oldu.
Azərbaycan və Pakistan arasındakı dostluq münasibətləri qədim tarixi və dərin mənəvi köklərə söykənir. Tarixi boyunca hər iki xalq həmişə bir-birinin sevinclərinə şərik, çətin günlərində isə dayaq olub. Azərbaycan xalqı, Vətən müharibəsində göstərilən qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Eyni şəkildə, biz də Pakistanın hər zaman yanındayıq.
Bu əlamətdar gün münasibətilə qardaş Pakistan xalqını səmimi-qəlbdən təbrik edir, dövlətinizə əmin-amanlıq, rifah və inkişaf arzulayıram. Qoy Pakistan bayrağı daim ucalarda dalğalansın, xalqınızın birliyi və gücü əbədi olsun!
AVMVİB-in Mətbuat xidməti