Prezident DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. 

Fedai.az xəbər verir ki, Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
 

“general-leytenant” ali hərbi rütbəsi
 

general-mayor Babək Vahid oğlu Qurbanov
 

“general-mayor” ali hərbi rütbəsi
 

polkovnik Ceyhun Həsən oğlu Nəbiyev

polkovnik Azər Əliyusif oğlu Şirinov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi yuxarıda adı çəkilən Dövlət Sərhəd Xidmətinin qulluqçularını təbrik edir.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: