Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 18 Avqust – Sərhəd Qoşunları Günü münasibətilə Azərbaycan sərhədçilərini və bütün xalqımızı ürəkdən təbrik edib.
“Azərbaycanın dövlət sərhədlərinin keşiyində ayıq-sayıq duran Sərhəd Qoşunları əsl qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstərir. Bu gün möhtəşəm zəfərlər qazanmış Azərbaycan Ordusunun bir parçası olaraq sərhədçilərimiz Ali Baş Komandanımız, Müzəffər Sərkərdə İlham Əliyev cənablarının rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyini, torpaqlarımızın toxunulmazlığını böyük şərəf və qürur hissi ilə qoruyurlar.
Sərhədçi olmaq – yalnız peşə deyil, Vətənə sədaqət andıdır. Bu müqəddəs və şərəfli missiyanı daşıyan hər bir sərhədçi xalqımızın etimadını, hörmətini və sevgisini qazanıb.
Bu əlamətdar gündə Sərhəd Qoşunlarının bütün şəxsi heyətini və veteran sərhədçiləri təbrik edir, onlara möhkəm iradə, xidmətlərində daim uğurlar, ailələrinə səadət və sağlam ömür arzulayıram. Azərbaycan sərhədləri hər zaman möhkəm, sərhədçilərimiz isə daim qüdrətli olsun!”
AVMVİB-in Mətbuat xidməti