25 sentyabr 2025-ci il tarixində İsmayıllı rayonunun 4 nömrəli tam orta məktəbində anım günü mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli, həmçinin bir qrup üzvü, şəhid ailələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişlər.
Mərasimdə AVMVİB-nin sədri, şəhid anası, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, həmçinin məktəbin direktoru çıxış edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinin daim əziz tutulduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, bu kimi görüşlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Məktəblilərin hazırladıqları bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri tədbirə xüsusi rəng qatmışdır. Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunmuş, onların müqəddəs xatirəsi ehtiramla yad edilmişdir.
AVMVİB-in Mətbuat xidməti



