25/06/2026
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin müəllimləri sertifikasiya imtahanında yüksək nəticələr əldə ediblər.
Belə ki, məktəbin tarix müəllimi Tünzalə Əzimova 51 bal, informatika müəllimi Məryəm Əhmədova 54 bal, texnologiya müəllimi Məhsəti Məmmədova 52 bal, fiziki tərbiyə müəllimi Leylixanım Fərzəliyeva isə 45 bal toplayaraq uğurlu nəticə göstəriblər.
Şagirdlərin sevgisini və hörmətini qazanmış müəllimləri təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Unutmayaq ki, Vətənin və xalqın gələcəyi müəllimlərin əlindədir.




