Təbrik: Bəyanət Qasımov — 67

Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin sədri Bəyanat Tapdıq oğlu Qasımovun doğum günüdür. İyun ayının 15-i Bəyanat müəllimin 67 yaşı tamam olur.

Uzun illərdir ki, təşkilatımızla birgə addımlayan, birliyin respublika səviyyəli bütün tədbirlərində fəal iştirak edən, habelə AVMVİB-in regional tədbirlərində daim öndə olan Bəyanat Tapdıq oğlu Qasımov ölkəmizin ikinci böyük şəhəri olan Gəncə şəhərində müharibə veteranlarının problemlərinin həllində daim aktivlik nümayiş etdirib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB Mətbuat xidməti o cümlədən səbəbkarın yaxınları, dostları və iş yoldaşları Bəyanat Qasımovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı arzulayır.

AVMVİB Mətbuat xidməti

g56

image-67-768x838

image-69

image-70

Bu xəbəri paylaşın: