Dağlarda döyüş…

1992-ci ilin axırları idi. Qarabağın dağları düm ağ qarla örtülmüşdu.

Ağ rəngdən başqa rəng gözə təsadüfən dəyirdi. Biz əmrə əsasən irələyirdik. Gecədən yağmış qar addımların altında şaxtanın təsirində sınırdı. Qarın xışıltısı aləmə yayılırdı.

DİN-lə MN birlikdə geniş miqyaslı hərbi əməliyyat keçirdirdi.

Biz sağ cinahda idik. Bizdə solda Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birləşmələr idi. İrəli əmri verildi. Biz dağlara qalxmağa başladıq. Çalışırdıq ki, az səs çıxardaq, bu sadəcə mumkün deyildi. Ən hündur səmt bizə düşmüşdü. Artıq sol cinah döyüşə girmişdı. Biz isə hələ qalxırdıq. Qeyd olmuş nöqtəyə çatanda məəttəl qaldıq. 100-150 metr məsafədə düşmən səngəri idi. Bizi ayıran dərin olmayan yamac idi. Anladiq ki, yamac minalanmışdı. Elə ona görədə dağa bir dənə güllə atmadan qalxa bilmişdik.

«ALLAHU ƏKBƏR» deyib, atışmağa başladıq. Komandalığın əmrinə əsasən mənə kiçik mobil qrupla ara yolu qorumaq əmri verildi.

Yollardakı dağlarin döşündə ilan kimi qivrılıb, uzanırdı. Biz nəzarətə götürdüyumüz sahə yerə atılmış kamana oxşayırdı.

Yolu tam nəzarətə göturmək üçün mövqe seçdik. Novbələr bölundü. Qarşıda bizi saxtalı gecə gözləyirdi. Aydın məsələdir ki, qızınmaq üçün od yandırmaq olmaz. Hər növbədə üç döyüşçü bir saatdan bir dəyişirdik. Növbə bitən kimi üşaqların yanına «qızinmağa» tələsırdik. O od döyuş qardaşlarımızın VƏTƏN sevgisindən alişan qəblərinin odu idi. Həqiqətəndə isinirdik. Bir birimizi dəyişəndə gülərək deyirdik; «Tez get, soyumağa qoyma».

Cecə saat dördə işləyərdiki dığalar çəhd etdilər arxaya keçsinlər, İtki verib geriyə döndülər.

Səhər hucuma davam etdik.Təxminən hənirti gələn yerləri yoxladiq qan gölməçələrini gordük, dığalar leşlərini aparmışdırlar.

Davamı var…

Sadiq Qədirli

Müharibə veteranı

Bu xəbəri paylaşın: