Qarabağ münaqişəsi tərəflərdən birinin məğlubiyyəti ilə bitəcək: O tərəf kim olacaq?

Moderator.az “Tovuz döyüşləri”nə kənardan necə qiymət verilməsi və mümkün proqnozlar haqqında xarici mətbuatda dərc olunan yazılarla oxucularını tanış etməkdə davam edir. Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı keçmiş daimi nümayəndəsi Boris Babinin “Qlavred” nəşrindəki məqaləsini diqqətinizə çatdırırıq. Məqalədə soyuqqanlı və bizim üçün birmənalı qarşılanmaya biləcək, amma həqiqət yükü də az olmayan mülahizələr var.


“Ermənistanla Azərbaycan arasındakı münaqişə çoxdan davam edir və bu gün sülh yolu ilə həll olunmur — tərəflər istədiyini əldə etmədiyi üçün dalana dirəniblər. Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərinin tanınmasına, Azərbaycan isə ərazi bütövlüyünün bərpasına nail ola bilmədi. Və bu vəziyyətdə, bu münaqişə on illərlə mövcud olmağa məhkumdur.


Yeri gəlmişkən, bu, sülh proseslərinin nə olduğunu həqiqətən yaxşı göstərən bir nümunədir — 30 ildir Ermənistanla Azərbaycan arasında bu proses davam edir, amma heç kim də müharibəni təxirə salmayıb. Münaqişə yalnız tərəflərdən birinin məğlubiyyəti ilə başa çatacaq — hamı bunu gözəl başa düşür və buna hazırlaşırlar.


Sual yaranır — eskalasiya niyə indi baş verdi? Bunun bir xeyli səbəbləri var. Bu gün Ermənistan Rusiya Federasiyasının müttəfiqidir və Kreml Zaqafqaziyadakı eskalasiyadan faydalanan müttəfiqidir, buna görə də Ermənistan onun aşkar və gizli dəstəyinə arxalana bilər. Eyni zamanda, Azərbaycanın zəifləməsi Rusiya Federasiyasına sərf edir, çünki  ona öz nəzarətini  gücləndirmiş olur. Bu isə o vaxt mümkün olur ki, Azərbaycan bu lokal münaqişədə uduzsun, belə ki, uduzanla razılaşmaq daha asandır. Bundan əlavə, Gürcüstan da Ermənistanı dəstəkləyir. Əgər 10 il əvvəl Gürcüstan ərazisindən Ermənistana nəyinsə keçirilməsi qəti şəkildə istisna edilirdisə, indi onun hava məkanı, dəmir yolu rabitəsi, avtonəqliyyatı ermənilərin üzünə açıqdır.


İkinci amil İrandır. Müttəfiqlərinin ( yəni həm Azərbaycanın, həm də Ermənistanın) kiçik bir qalibiyyət müharibəsi də ona mane olmur, eyni zamanda o hər cür qarşıdurmanı qızışdırmağı hədəfləyir. Konkret olaraq isə, İran bu münaqişədə Ermənistanın tərəfini tutur.


Üçüncü amil Türkiyədir. Paradoksal olsa da,  amma Türkiyədəki avtoritar meylləri gücləndirmək və Osmanlı İmperatorluğunun simvollarını bərpa etmək üçün baş verən hadisələri nəzərə alsaq, Ermənistanın uduzması  ilə nəticələnən mümkün  eskalasiya ona mane olmur. Azərbaycann uduzduğu halda isə, Türkiyə ona təsirini gücləndirə bilər. Bundan əlavə, Suriya və Liviyadakı əməliyyatlar səbəbiylə Türkiyənin yeni düşmənləri var. Buna görə də İsrailin mövqeyi maraqlı olacaq, çünki o əslində antitürk mövqeyi tutur və Ermənistana hansısa şəkildə kömək edə bilər.

urada mürəkkəb regional çoxgedişlilik mövcuddur, çünki çoxsaylı subyektlərin lokal münaqişəyə etirazları yoxdur, onlar burada dolayısı yolla iştirak edib öz dividentlərini almağa hazırdırlar.Neft qiymətləri birmənalı şəkildə artacaq, amma indi bu qarşıdurmadan yalnız itirir, çünki hərbi eskalasiya yaxşı seçilmiş bir yerdə getdikcə böyüyür — buradan neft boru kəmərləri keçir, Türkiyə və digər ölkələrə gedir, nəticədə boru kəmərlərinə olan bu təhlükə qiymət artımına təsir göstərir.Əlbəttə ki, Moskva yaranmış vəziyyətdən öz maraqları üçün istifadə edər, ilk növbədə “Qafqaz-2020” təlimlərində öz ambisiyalarını reallaşdıracaq.


İndi əsas qeyri-müəyyənlik, bütün bunların necə sona çatacağı ilə bağlıdır: ya münaqişənin özü sönəcək (çox ehtimal ki, belə olacaq), ya da davam edəcək. Hələ ki, az ehtimal olunan  ən pis variant  həqiqi müharibədir, çünki indi döyüşlər iki ölkənin tanınmış sərhədində gedir və heç bir şey cəbhənin bütün Zaqafqaziyaya qədər genişlənməsinə mane olmur”.(Moderator.az)

Bu xəbəri paylaşın: