Azərbaycan ən çox hansı dövlətə neft satır? — Rəsmi Statistika

Bu ilin yanvar-may aylarında Azərbaycan 13 773 410,51 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Bu barədə EDNews.net APA-Economics-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, dəyər ifadəsində neftin ixracı 5,07 mlrd. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan xam neftinin əsas ixracatçısı İtaliyaya olub. Azərbaycan İtaliyaya 2,4 mlrd. dollar dəyərində 5 791 860,32 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

MDB ölkələri arasında Azərbaycan xam neftinin ixracında əsas pay sahibi Ukrayna olub. Bu ilin beş ayı ərzində Ukrayna Azərbaycandan 185,1 mln. dollar dəyərində 681 097,46 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.

Bu ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları:

#ÖlkəHəcm, tonMəbləğ, mln. dollar
1İtaliya5 791 860,32 410,2
2Çin1 003 130,1165,2
3Hindistan773 700,1282,9
4İsrail719 250,7309,9
5Ukrayna681 097,5185,1
6Xorvatiya679 964,5209,7
7Yunanıstan609 361,3233,2
8Çexiya391 062,2157,8
9Vyetnam379 950,6113,1
10Portuqaliya343 829,9130,7
Bu xəbəri paylaşın: