Ordumuza dəstək əməli işlərlə davam etdirilir

AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri ordumuza dəstək olaraq, artıq 4 tır köhnə təkəri əbhə bölgəsinə göndərməyə nail olub.

Bəzi özündən razı və bu işin mahiyyətini anlamayanlara izah üçün bildirək ki, bu təkərlərdən maskirovka və içi torpaqla doldurulduqda sipər kimi istifadə olunur. Düşmən snayperlərinin səngəri görmə ehtimalını əngəlləyir.

Posted by Azad Musayev on 25 İyul 2020, Şənbə

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev şöbə üzvləri və vətənpərvər soydaşlarımızın iştirakıyla cəbhəyə daha 2 tır yola saldıqlarını facebook səhifəsində paylaşıb: «AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri cəbhəyə 2 tır təkər yığıb aparır. Allah əsgər və zabitlərimizi qorusun!»

AVMVİB Rəhbərliyi adından AVMVİB Zəngilan rayon şöbəsinin rəhbərliyinə və üzvlərinə minnətdarlığını bildirir.

AVMVİB Mətbuat Xidməti

Posted by Azad Musayev on 25 İyul 2020, Şənbə
Bu xəbəri paylaşın: