Paşinyanın «kurs işi»: QARAQAYA əməliyyatı

Ermənistanın Tovuz istiqamətindən ölkəmizin sərhəd toxunulmazlığını pozması faktından aydın görünür ki, Tovuz rayonuna hücum əməliyyatı Ermənistanın tək başına girişdiyi bir iş deyil. Əvvəlcədən bunu ermənilər, sifariş əsasında hazırlamış, prosesin gedişatından asılı olaraq, onların planlarının A və ya B variantları ortaya çıxacaqdı. Amma düşmənin mövcud planı alınmadı və fiaskoya uğramış əməliyyatı hazırlayan sifarişçi «X» öz tövrünü pozmamaqla maskalanmağa çalışdı. Buna baxmayaraq faktlar ortadadır və bu faktları diqqətinizə çatdırmağa çalışacağıq.

Ermənistan son 1 ay ərzində bu işə ciddi hazırlaşıb və Tovuz istiqamətində ən strateji yerin və ən zəif qorunan sahənin yerini, kordinatları barədə kəşfiyyat məlumatlarını professional şəkildə verilməsi faktı Ermənistana aid deyil. Məqamın pandemiya dövrü seçilməsi, beynəlxalq aləmdə baş verən qlobal hadisələr də diqqətə alınmalıdır. Bir çoxlarının ilk ağlına gələn yanaşma Ermənistanın diqqətləri Qarabağdan yayındırmaq istəyidir.

Это изображение имеет пустой атрибут alt; его имя файла - ea68e0f0-50d1-49cd-a00a-43aadcd07fc2
FOTO: Qaraqaya

Bu, sadəcə bu olayda bir bənd kimi sonuncu yerlərdə durur. Burada daha böyük bir imperialist oyunu oynanıb və hətta Rusiya, həm də daxildəki 5-ci kolonunu da hər iki ölkədə işə qoşub. Sifarişçi Rusiyadır, Qərb Paşinyanın klouniadasından bezdiyi bir məqamda Rusiya bağışlanmaq şansı kimi bu işi «Sorosun uşaqlarına» «kurs işi» kimi verir. Çünki Qərb Paşinyanın «qərbpərəst» oyunundan bezdiyini biruzə verdi və fiaskoya uğrayan Paşinyanın «demokaratiya oyunçuları» bu şansı göydən düşmə hesab etdilər. Sıfıra doğru enən reytinq və iqtisadi çıxılmazlığı erməni axmaqlığı ilə kompensasiya edəcəyini düşünən Paşinyanın taleyinə Qaraqaya qara gün kimi yazıldı. Qalan hər şey artıq ortadadır. Bir an olsun belə arxayınlaşmaq olmaz. Rusiyanın iyrənc fürsətçiliyini və qisasçılığını unutmaq nadanlıqdır. Bütün cinahlarda öz zəiflərimizi tapmağa çalışmalıyıq və əsas hədəfimiz, Tovuzun müdafiəsi olmalıdır.

Rusiyanın bu oyunda maksimum gizli qalması, beynəlxalq qınaqlar və sanksiyalar dalğasından qaçmaq üçün çox vacibdi. Hazırda Rusiyada Putinin dostlarının apardığı «çürük ərik müharibəsinin», xaricdəki erməni muzdurları olan Ramis Yunusların, tələsik Stella Maqrebekyana üz tutan Arif Yunuslar, Sevinc Osmanqızıların (Onu bu sırada görmək istəməzdim, şəhid atasının ruhu bu ona qənim olsun), daxildə yalnız güya erməni əleyhidarı kimi məlumat yayan, (əslində 99%-i feyk xəbərlərdir) və bu gün diqqət yayındırmaq üçün güya Serbiya, Gürcüstan, İordaniya adını ortaya atan Eynulla Fətullayevlər, erməni puluyla avropalaşan, hətta işdən qovulmuşu belə millətin əleyhinə (Camal Əli kimi şərəfsizlər) işləyən «Meydan» yetimçələri diqqəti Rusiya üzərindən yayındırmaq üçün fəaliyyətə keçiblər.

FOTO: Eynulla Fətullayevin erməniyə atdığı paslar

Daha təhlükəli olan və öz daxilimizdə olan Eynulla Fətullayevin verdiyi bütün informasiyalar ciddi surətdə nəzarətə götürülməlidir. Onun vasitəsiylə verilən bütün feyk xəbərlər ermənilər tərəfindən anındaca feyk kimi yayınlanır (Xocalı barədə yazdıqları gopologiyanı ermənilər hələ də əleyhimizə işlətməkdədirlər) və Azərbaycan informasiya məkanının etibarlılığı şübhə altına alınır. İstənilən informasiyanın yalanlanması üçün azı 6-7 saat və 1 sutkadan artıq vaxt lazım olduğunu əsil jurnalistlər, məxfi xidmət orqanları yaxşı bilirlər. Eynulla Fətulllayevin feyk xəbərini isə ermənilər axmaqcasına 30 dəqiqə müddətinə təkzib materialı qoymaqla feyk xəbər kimi yayınlayırlar. Bunu bəziləriniz informasiya savaşının bir üsulu kimi qəbul etməniz yanlışdır. Əslində başı tez tutulan feyk xəbərlər düşmənə xeyir gətirir. Düşmən tərəf öz əhalisi arasında daha çox etibar qazanır. Bu informasiyaların mənbəyi sizlərə bəlli oldumu?

FOTO: Erməni saytlarının «reklamı»

Yaxud ən yaxın strateji tərəfdaşımız olan Gürcüstanın adının hallanması və rəsmi Tiflis tərəfindən təkzib edilməsinin arxasında nələrin durduğunu düşünün. “Gürcüstan və Azərbaycan arasında heç bir yanlış anlaşmazlıq yoxdur, bizim strateji tərəfdaşlığımızı, qardaşlığımızı heç nə təhdid etmir”. Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında deyib. Baş Nazir qeyd edib ki, Serbiyadan Gürcüstan ərazisi ilə Ermənistana silah-sursat daşınması ilə bağlı xəbərlər qeyri-dəqiqdir.

Güya erməninin silahı yox idimi? 102-ci baza və Rusiyaya məxsus Sərhəd Xidmətinin də bu qaubitsa, mina atan və artileriyası yox idimi? Bu informasiyanın məqsədi, həm GUAM, həm də Qara Dəniz Tərəfdaşlıq Təşkilatı daxilində təfriqə salmağı planlayır. İordaniya ilə bağlı informasiyanın hədəfi isə İKT-dir. Əsas məqsəd isə, diqqətin Rusiyadan yayındırılmasıdır və biz bunu araşdırmaq əvəzinə, erməniyə aşkar pas atan Eynullanı «Əməkdar jurnalist» eləyirik. Elə bunu da araşdırmaq lazımdır.

Qənimət Zahidin apardığı bir verilişdə qonaq olan erməni əsilli Ramis Yunus, tam bir erməni həyasızlığı ilə bildirir ki, bizim hərbi birləşmələrə aid UAZ maşını erməni tərəfə hücum edərək vurulub. Hətta inandırıcı olsun deyə, vurulmuş maşının qalıqlarının qohumları tərəfindən yayınlandığını bildirir. Erməni tərəfin iddiasında isə, güya bizə məxsus UAZ maşını əks tərəfin nəzarətində olan əraziyə keçir və xəbərdarlıq olunandan sonra əsgərlərin maşını ataraq geri qayıtdıqları söylənilir.

Hətta ermənidən çox ermənipərəst olan Solovyov belə düşmənin bu erməni versiyasının yalan olduğunu erməninin iştirakıyla sübut etdi (Video əlavə olunur).

Eyni həyasızlığı atasının müqəddəs şəhid ruhuna hörmətsizlik edərək, erməni puluna satılmış Sevinc Osmanqızı təkrarlayır. Üstəlik, sonrakı proseslərə qiymət vermək üçün özünə bənzər Arif Məmmədovu yanına alaraq, hücuma məruz qalan azərbaycanlıları günahkar elan edir.

Eyni günlərdə dövrəyə rus-erməni rupuoru kimi tanınan Marqarita Simonyan girir və Paşinyanı hədəfə almaqla, sadaladığım xainlərlə eyni missiyanı həyata keçirməyə çalışır. Simonyan bu hücumla, güya Rusiyanın bu işlərdən xəbərsiz kimi göstərməyə çalışır. M. Simonyan qəzəbli postunu «Facebook” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb: «Sizin internet qoşunlarınız mənim sosial şəbəkələrimi mövqemi bildirmək tələbi ilə (lovğa və aqressiv şəkildə) peyinlə doldurublar. Xahiş etdilər-bildirirəm. Özünüzə kənardan baxın. Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız? Siz necə ermənisiniz?

Rusiyadan uzun illər gördüyünüz xeyirxahlığa və müdafiəyə cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir» və s. Yekunda isə erməni axmaqlığı ilə «xoruzun quyruğunu» çöldə qoyduğunu unudaraq, yazır: «İndi, sərhədinizdə müharibə olanda, rejiminizin mövcudluğu təhlükə altına düşəndə xatırladınız ki, Rusiya sizi yenidən xilas etməlidir. Bəyəm bu, Ermənistanın daxili işi deyilmi? Son illər Rusiyaya qarşı bəslədiyiniz bütün şərlərdən və xirtdəyə çatan hörmətsizliklərdən sonra informasiya cəbhəniz və özünüz hesab edirsiniz ki, kömək gözləməyə haqqınız var?

Əslində, etdiklərinizin hamısından sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək».

Aydın oldumu, məsələ nədir? Bəli, Rusiya Paşinyanın verilən sifarişi yerinə yetirə bilməməsindən qəzəblidir. Putinin dostlarının «Dolu vurmuş ərik» inqilabı, Rusiyada etnik qarşıdurmalara meydan verilməsi də bu olayda Rusiya adının bu olayla bağlı hallanmaması və unudulması üçün nəzərdə tutulmuşdu.

FOTO: Sarkisyan və Qolubitskiy

Paşinyana verilən «Kurs işinin» detallarına diqqət edək. Hazırda beynalxalq aləmdə Rusiyanın durumu, həmçinin də hərbi, iqtisadi və siyasi arenada sıxışdırılmasını kimsə dana bilməz. Qərbin iqtisadi sanksiyaları, Türkiyənin hərbi sahədə güc nümayişi, Liviyada separatçı Haftarla «gizlin-paç» oynamağa məcbur edilməsi, Suriyada savaşın bitməz bir məcraya yönlənməsi, NATO-nun addım-addım şərqə doğru irəliləməsi, ABŞ-ın sanksiyaları dərinləşdirmək istəyinin qətiləşməsi, daxili problemlərin dərinləşməsi və s. Rusiyanın özünü deşifrə etmədən bu planda baş rol alması görünməkdədir. Üstəlik, əgər Ermənistanın Qaraqaya əməliyyatı uğurlu alınsaydı, Rusiyanın yararlanacağı mənfəətləri özünüz düşünün. Rusiyanın bu əməliyyatla KTMT eqidası altında yerləşəcəyi bu ərazidə «günahkar axtarışının» neçə illər çəkəcəyini düşünün. Bu məxfi plandan bir çox ölkələrin xüsusi xidmət orqanlarının xəbəri olub. Ukraynaya məxsus Nevsky.com.ua yazır: «Ermənistanın «himayədarı» kimi çıxış edən Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə bu münaqişə tərəflərini daim təzyiq altında saxlayır ki, istənilən vaxt onun «donunu» Kremlin xeyrinə aça bilsin. Vladimir Putin SSRİ KQB-nin ən pis ənənələrinə uyğun hərəkət etməyə, beynəlxalq tərəfdaşlar qarşısında gülümsəməyə və terror aktları, müqavilə cinayətləri və kiber hücumlar təşkil etməyə öyrəşmişdir.

İyulun 12-də Ermənistan ordusu, Kremlin nəzarəti altında, Ermənistan-Azərbaycan sərhədində azərbaycanlı hərbçilərin öldürülməsini həyata keçirdi və ona bitişik Azərbaycan kəndlərini və infrastrukturunu atəşə tutmağa başladı. Rusiya mediası, yayımlarında yanğına benzin tökərək, münaqişə haqqında ilk yazanlardan oldu. Brüssel və Vaşinqton tərəfləri qarşıdurmaya son qoymağa çağırsalar da, Kreml kuklaları Ermənistanı və Azərbaycanı kim daha «zəif» manipulyasiyası ilə tutmağa çalışırlar.»

— Döyüşün sərhəddə baş verməsi faktına ilkin cavabı sualla vermək olar: Ermənistanın dövlət sərhədlərini kim qoruyur?

FOTO: Sarkisyan sərhəddə

6 iyul 2020-ci il. Heç bir ildönümü, yaxud insident və digər tarixi gün olmadığı halda qəflətən Ermənistanın prezidenti Armen Sarkisyan rus sərhədçilərinə baş çəkir. Prezidentin rəsmi saytı və RİA Novosti eyni mənbədən informasiyanı 3 gün sonra dərc edir: «Keçən həftənin sonunda (yəni, iş günü 3 iyulda) Respublika Prezidenti Armen Sarkisyan Ermənistanın dövlət sərhəddini ziyarət etdi, 30 sentyabr 1992-ci il tarixli sazişə görə Ermənistanda yerləşmiş Rusiya sərhəd qoşunlarının dəstəsinə baş çəkdi. Ermənistan və Rusiya arasındakı dövlətlərarası saziş, Ermənistan Respublikasının Türkiyə və İranla dövlət sərhədini qoruyur. Prezident və onun həyat yoldaşı Ermənistan-Türkiyə sərhədində yerləşən Nor Şen (Xarkov) kəndinə gediblər. Onlar kəndin yeganə sakini Vaxanduxt adlı yaşlı qadınla görüşüblər. Ermənistan prezidenti ermənilərin guya olmayan dövlətlərinin olmayan “qədim Ermənistan paytaxtı” sayılan Ani şəhərinin xarabalarına səssiz baxmaqla öz ziyarətini yekunlaşdırıblar. 6 günlük arayla yayılan bu informasiyada maraqlı məqam odur ki, iyulun 3-də olan bu görüşü, bəzi şərhçilər, iyulun 4-də öldürülən əsgərin təziyyəsi kimi verməyə çalışmalarıdır(!?). Şübhəli məqamdır. Yəni Sarkisyan sadəcə Ani xarabələrinə baxıb tənha yaşayan Vaxanduxt qarıya baş çəkməyəmi gəlmişdi? Vaxanduxt qarıyla bu FTX generalının nə işi vardı ki?

VİDEO: Ermənistana gedən FTX Xüsusi Təyinatlılar

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin rəisi general-leytenant Roman Qolubitskiy sərhəddəki vəziyyət, sərhədçilərin əməliyyat işləri, sərhəd kəndlərinin əhalisi və erməni həmkarları ilə sıx əməkdaşlıq barədə məlumat verdi». Niyə bu adi görünən informasiya elə 3 iyulda deyil, 6 iyulda yayınlanıb?

Ardı var…

AVMVİB Mətbuat Xidməti və Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: