Xaqani müəllim, salam. Sizi narahat edən Qarabağ qazisi İbrahimov Şahsuvar Xocəvənd rayonunun sakinidir. Anam şəhid anası və mən sizə öz dərin təşəkürümüzü bildirirərik. Sizdən razıyıq ki, siz, Şəhid anasına və Qarabağ qazisinə köməklik etdiniz.
Şahsuvar İbrahimov

Redaksiyadan: Xatırladaq ki, qazi Şahsuvar İbrahimovu qanunsuz olaraq işdən çıxarmışdılar. Bizim səsimizi eşidən müəssisə rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Şahsuvar İbrahimovun qardaşı Şahmar İbrahimov şəhid olub.

AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Yusif Həsənov da Fedai.az saytının fəaliyyətini təqdir edərək dedi: «Mən fəxr edirəm ki, AVMVİB kimi bir təşkilatın üzvüyəm və bizim problemlərin ictimailəşdirilməsində nə yaxşı ki, Fedai.az saytı var. Saytın əməkdaşlarına Xocavənd veteranları adından öz minnətdarlığımı bildirirəm!»

Elnur Səlim