İlham Əliyev Qobustan və İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib

İyulun 29-da Qobustanda və İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışlarda iştirak edib.

Dövlətimizin başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verildi.

Həmçinin Prezident Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilməsində və İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Bu xəbəri paylaşın: