Sumqayıtlı veteranlara bayram sovqatları verilib

AVMVİB Sumqayıt şəhər şöbəsində pandemiya (COVID-19) və qarşıdan gələn Qurban bayramı münasibətilə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş yardım və qurban əti veteranlara paylanılıb.

Tədbirdə iştirak edən Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi və AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov, şöbə sədrinin müavini, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov veteranları qarşıdan gələn bayram münasibətilə təbrik edərək, bu ağır pandemiya günlərində dözüm, səbir, can sağlığı arzu ediblər.

Bildirildiyinə görə, şəhər İcra Hakimiyyətinin xəttiylə müharibə veteranlarına qurban payı kimi ət və digər ərzaq məhsulları verilib.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: