AVMVİB Tovuz rayon şöbəsinin facebook səhifəsində etdiyi paylaşımda şöbə üzvlərinin şəhid gizir İlqar Zeynallını yad etmək üçün Tovuzun Cəlilli kəndinndə olduqlarını, İlqar Zeynallının məzarını ziyarət edib və evində olduqlarını yazıblar.
Mərasimdə AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, Mətbuat Xidmətinin rəhbəri Novruz Fəxrəddin oğlu, şəhid İlqar Zeynallının qardaşı Tural Zeynallı şəhidin ömür və döyüş yolundan danışdılar.
Şəhidin ruhuna dualar oxundu və ehsan süfrəsi verildi.
Allah şəhidlərimizə rəhmət eləsin!
AVMVİB Tovuz şöbəsinin Mətbuat Xidməti