«Biznesmen» məmuriyyətin şıltaqlığı

ABBAS Hüseynli

AVMVİB sədrinin sosial və hüquqi məsəılələr üzrə müavini

Azərbaycan Respublikasının ərazisinin 20 faizini emənilər işğal etmiş və orada məskunlaşma siyasəti aparırlar. Qalan 80 faizinin isə müəyyən hissələrini hakimiyytdə olan bəzi oliqarxa çevrilmiş məmurlar zəbt edərək mənimsəmişlər. Həmin məmurların 90 faizindən artığı bu torpaq və Vətən uğrunda gedən döyüşlərdə iştirak etməmiş, əlil, şəhid olmamışlar. Bəs, onda necə olar ki, bu şəxslər bu qədər sərvətə sahibdirlər.

Atalardan belə bir məsəl var ki, torpaq o zaman sənindir ki, sən onun uğrunda vuruşasan, ya da ki, sən həmin torpağı becərəsən. Bu cür məmurlar isə, nə torpaq uğrunda vuruşmuş, nə də ki, bu torpağı becərirlər. Sosial şəbəkələrdə eşidəndə ki, hansısa məmurun yüz hektarlarla törpaq sahəsi var, adam əsəbləşir, ona görə ki, Qarabağ döyüşlərində iştirak edən şəxsin isə 3 sot torpaq sahəsi yoxdur ki, orada özü üçün ev tiksin.

«Veteranlar Haqqında» Azərbaycan Respublikası Qanununda veteran təşkilatların fəaliyyət göstərmələri üçün onlara yer verilməsi bildirilsə də, bu məsələ öz həllini indiyənə qədər tapmamışdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctmai təşkilatının hələ də onlarla şöbəsinin fəaliyyət göstərmələri üçün yerləri yoxdur. Bunun bilavasitə təqsiri həmin rayonların İcra Hakimiyyətinin başçılarıdır. Dəfələrlə onlara bu barədə müraciətlər olsa da, onlar bu müraciətlərə müsbət cavab vermirlər. Bu İcra Hakimiyyəti başçılarının içərisində isə Sabunçu RİH-nin başçısı, veteranların düşməni, Adil Vəliyevin adını xüsusi olaraq qeyd etmək lazımdır. Bu şəxs nəin ki, veteranlara yer vermir, hətta onların icarəyə götürdükləri inzibati binanın üzərində olan bayrağa qarşıda hörmətsizlik edərək onu binanın üzərindən götürür. Bu barədə müvafiq təşkilatlara ərizələr yazsaq da, hələlik bu ərizələrə lazımı cavablar ala bilmirik. Bilmirik ki, bu İH-nin başçısı Adil Vəliyevin arxasında hansı məmur durur. Ona görə ki, sosial şəbəkələrdə bu İcra başçısı barədə nə qədər cinayət faktları vardır. Niyə tədbir görülmür?

Dövlət rəhbəri insanların istifadəsində olan torpaq sahələrinin özəlləşdirilməsi barədə göstəriş versə də, bu məsələ icra edilməmişdir. Sual ortaya çıxır ki, niyə, nə səbəbə?-

Sadəcə bunun qarşısını almaq «biznesmen» məmuriyyət şıltaqlığıdır. Ona görə ki, məmurlar pul hesabına qanuni, qanunsuz olaraq torpaq sahələrini öz mülkiyyətlərinə çevirirlər. 20 ildən artıq istifadəsində olan torpaq sahəsini öz mülkiyyətinə çevirmək istəyən şəxs isə pul vermədiyinə görə torpaq sahələrini özəlləşdirə bilmir.

Bu sahədə keçmiş torpaq məsələlərinə baxan komitənin rəhbəri Kərəm Həsənovun böyük «xidmətləri» vardır. Məhz, vaxtı ilə onun rəhbərlik etdiyi təşkilat insanlara zülm verirdi. Bütün bu xidmətlərinə görə xalqın, millətin sərvətini talan edib, özünə malikanələr, şadlıq evləri, obyektlər yaradan Kərəm Həsənov hal-hazırda yüksək vəzifədədir.

Hərdən oturub öz-özümə fikirləşirəm ki, bu qədər var-dövlət yığan, sərvət toplayan,nə qədər Kərəm Həsənov kimi şəxslərimiz var. Onların əldə etdiyi sərvətlərlə bağlı cinayət işinin istintaqının aparılmasını, möhtərəm Prezidentimiz mənə həvalə etsəydi, görün nələr olardı. 20 illik istintaq təcrübəsi olan, bir şəxs kimi dövlət büdcəsinə milyardlarla pullar köcürərdim. Hal-hazırda da büdcəmiz kəsirdədir. Büdcəni doldurmaq üçün 3 milyarddan artıq pul lazımdır.

Biz Qarabağ döyüşçüləri, möhtərəm Prezidentimizdən bir daha xahiş edirik ki, Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələrinin istifadəsində olan torpaq sahələri, evləri, obyektləri özəlləşdirilsin. Bunun üçün lazımı prosedura hazırlanıb Milli Məclisə təqdim edilsin. Orada göstərilsin ki, Qarabağ veteranları, əlilləri, şəhid ailələrinin istifadəsində olan, 20 ildən artıq istifadə edilən və mübahisə predmeti olmayan, strateji dövlət əhəmiyyətli sahələrə düşməyən, torpaq sahələri, evləri və obyektləri özəlləşdirilsinlər.

Doğrudur, hakimiyyətdə olan bəzi məmurlar bu məsələnin öz həllini tapmasını istəməsələr də, bu özəlləşdirmə zamanı, dövlət büdcəsinə milyonlarla manat pullar daxil olacaqdır.

Bu xəbəri paylaşın: