Qəbələ veteranlarından örnək addım

AVMVİB Qəbələ rayon şöbəsinin sədri Əlikram Rəsulovun verdiyi məlumata görə, Qəbələ rayon veteranları qəhrəman şəhidimiz general Polad Həşimovun xatirəsinə ehtiram əlaməti olaraq, yaşadıqları binanın yan fasadında qəhrəman generalın şəklini həkk ediblər.

 Düşmən hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı iyulun 14-də şəhid Azərbaycan ordusunun general-mayoru Polad Həşimovun xatirəsini yaşatmaq üçün Qarabağ qaziləri nəcib təşəbbüslə çıxış ediblər.

Müharibə veteranı, AVMVİB Qəbələ rayon şöbəsi sədrinin müavini Əvəz Xəlilovun təşkilatçılığı ilə həyata keçirilən bu nəcib iş yerli sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Qəbələ rayonu Elçin Kərimov küçəsində 42/A ünvanında yerləşən Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış binasında general-mayor Polad Həşimovun şəkili və şəkilin ətrafında Azərbaycanın və Türkiyənin dövlət bayrağı asılıb.Müharibə veteranları bundan sonra da şəhid generalın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı işlər görməyi planlaşdırırlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: