COVİD — 19: Son statistika

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 872 nəfər test edilib.

TƏBİB-dən verilən məlumata görə, indiyədək  ölkədə 773 051 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 129  yeni yoluxma, 4 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 33 376 nəfər virusa yoluxub, 483 nəfər  ölüb, 29 696  nəfər isə sağalıb. Son sutka ərzində 421 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb.

Hazırda müalicəsi davam edən xəstələrin sayı 3 197 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 261 nəfər müalicə alır, 50 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Bu xəbəri paylaşın: