Sən şəhid oğlu şəhid, istəmə məndən maqbər…Sənə ağuşunu açmış və durur peyğəmbər

Füzuli rayonu Bala Bəhmənli kənd qəbrəstanlığında 1994-cü ildə şəhid olmuş 13 «NAMƏLUM ƏSGƏR» qəbri var. Bu günə qədər onların qəbrlərinin təmizliyinə baxanlara təşəkkür edirik.

Ancaq, bu günə qədər onların qəbrlərinin üstü götürülməyib. O qəbrlərdə uyuyan hər kim olursa-olsun canını bu vətən üçün, bizlər üçün qurban verib. Biz qərara gəldik ki, onların qarşısında vəfa borcumuzu yerinə yetirək və həmin qəbrlərdə müəyyən işlər görək. Bunun üçün kimin nəyə gücü çatırsa VƏTƏN YOLUNDA canından keçmiş şəhidlərimizin xatirəsini əbədiləşdirməyə yardımçı olsun. Dama-dama göl olar əziz dostlar! Kimin gücü nəyə çatırsa ödəniş etmək üçün Kartın şəklini paylaşıram. Əmin olun ki, aidiyyatı üzrə xərclənəcəkdir. Kartda məbləğ toplananda məlumat verəcəyik…


Xatırladaq ki, bu əməliyyat zamanı burada 24-ə yaxın belə qəbr olmuş, sonradan ailələri tərəfindən, xüsusi ekspertiziya ilə müəyyən olunaraq çıxarılıb aparılmışdır.

Lalə Həsənova


Allah rəhmət eləsin…

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •