Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bildirir ki, son günlər Rusiyaya və Ermənisana aşkar əlaltılıq edən 5-ci kolon nümayəndələri Ali Baş Komandanın yürütdüyü hərbi strateji xəttə qarşı çıxışlar etməyə başlayıblar.
Vətənin mənafeini öz xain istəklərinə qurban verən belə adamların hakimiyyətin müxtəlif strateji qollarında və eyni zamanda da müxalifətdə təmsil olunmaları təəssüf doğurur. Bu məlum şəbəkənin xəyanət yolu tutması, cənab prezident İlham Əliyevin yürütdüyü siyasətlə region dövlətlərinin gözləmədiyi bir şəkildə etdiyi uğurlu hərbi-siyasi gediş onları çaş-baş salmaqdadır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına qarşı gizli və aşkar kompaniya aparan satqın kolon əlaltıları ilə mübarizədə Ali Baş Komandanımızın yanında və əmrində olduğumuzu bəyan edirik.
90-cı illərdə etdiyimiz yalışları bir daha Azərbaycan əleyhinə təkrarlanmasına yol verməməliyik. Belə xainlərin şəxsi ambisiyaları və məkrli düşmənlə işbirliyində olmaları səbəbindən düşdüyümüz durumu xatırlatmaq yerinə düşərdi. Ölkə rəhbərliyinin səriştəsizliyi bu xain kolon mənsublarının əl-qol açmasına meydan vermişdi. Bu gün isə durum fərqlidir və biz öz prezidentimizə inanırıq, ölkədə xaos yaratmaq istəyən qüvvələrin qarşısında dayanmaq üçün nə lazımdırsa, etməyə də hazırıq!
AVMVİB İdarə Heyəti ölkə rəhbərinin torpaqlarımızın azad edilməsi istiqamətində apardığı məqsədyönlü siyasəti dəstəkləyir, hərbi əməkdaşlıq sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığını alqışlayır və regionda Türkiyə kimi qüdrətli bir dövlətin iştirakını doğru addım saydığını bəyan edir və bir daha bu yolda Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında, əmrində olduğumuzu bildiririk.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyəti