Sumqayıtlı döyüşçülər qəhrəmanlarımızın xatirəsinə həsr olunan plakat ucaltdılar

AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurovun verdiyi məlumata görə sumqayıtlı qazilər müharibə əlilləri üçün tikilmiş binanın həyətində unudulmaz şəhidlərin xatirəsini əziz tutaraq onların fotoları əks olunan plakat ucaldıblar. Türkiyəli şəhidimiz Ömər Xalisdəmir, Polad Həşimov və Mübariz İbrahimovun əziz xatirəsi hər kəs üçün doğmadır. Ona görə də hər kəs bu qəhrəmanları özlərinə yaxın yerlərdə olmasını istəyirlər. Bu şəhidlərimizə ümumxalq sevgisinin böyüklüyündən xəbər verir.


T. Mansurov bildirib ki, bu plakatda 3 nəfər şəhidin adı həkk edilsə də bütün şəhidlərimizi hörmətlə və rəhmətlə anırıq. Bu işi görən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu şəhidlərin qanı yerdə qalmayacaq. Tezliklə onların qisasını alacağıq.


Çıxış edən müharibə əlilləri də döyüşə hazır olduqlarını və Türkiyə-Azərbaycan qardaşlığını, hərbi əməkdaşlığını yüksək qiymətləndirdiklərini qeyd etdilər. Bu işdə əməyi və yardımı olan hər kəsə öz təşəkkürlərini bildirdilər.


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: