Eldar Həsənovun vəkili: “Mətbuata geniş açıqlama verilməyəcək”

«Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb».

Bu barədə Qaynarinfo-ya açıqlamasında Eldar Həsənovun vəkili Adil İsmayılov deyib. Vəkili qeyd edib ki, proseslə bağlı mətbuata geniş açıqlama verilməyəcək.

Qeyd edək ki, avqustun 13-də Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənov həbs edilib. DTX-nin yaydığı məlumatda bildirilir ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində saxlanılıb. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay həbs-qəti imkan tədbiri seçilib. 

Bu xəbəri paylaşın: