«…ƏRDOĞANI ÇEVRİLİŞLƏ DEYİL, SEÇKİ İLƏ DEVİRƏCƏM» — Trampın əsas rəqibinin bəyanatı

ABŞ-ın hazırkı prezidenti Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində əsas rəqibi olan demokratların namizədi Co Baydenin ötən ilin dekabrında Türkiyə və onun prezidenti Ərdoğan haqqında bir verilişdə işlətdiyi sözlərin bu gün mediada yayılması böyük etirazlara səbəb olub.

Fedai.az Mia.az — a və Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bayden həmin verilişdə «Əgər prezident seçilsəm, Ərdoğanı hərbi çevrilişlə deyil, seçki ilə devirəcəm», — deyərək, Türkiyədəki müxalifətə, xüsusi ilə kürd toplumuna ciddi dəstək verəcəyini bildirib.

Baydenin bu bəyanatı isə Türkiyədə çox böyük və kəskin etirazlara səbəb olub.

Türkiyəli nazir Fəxrəddin Altun sosial şəbəkədəki hesabında Türkiyənin müttəfiqi olan bir ölkənin prezidentliyə namizədinin diplomatik qaydalara tamamilə zidd çıxışının qəbuledilməz olduğunu yazıb: «Bu yersiz və uyğunsuz ifadələrin hazırkı ABŞ rəhbərliyi üçün də qəbuledilməz olduğuna əminəm. Türkiyə siyasi oyunlara alət ediləcək bir ölkə deyil. Bu ifadələr ABŞ-Türkiyə müttəfiqliyinin ruhuna və ikili münasibətlərə qətiyyən uyğun deyil…». 

Daxili İşlər Nazirlinin müavini İsmayıl Çataklı isə «Bu zavallının xəritə bilgisi də, tarix bilgisi də zəif imiş. Türkiyə ilə bəzi ölkələri qarışıdırıb deyəsən. Həddini bil, Co Bayden», — deyə yazıb.

Co Baydenin Ərdoğanın hədəfə alan ifadələrinə AK Partiyanın sədr müavini Mahir Ünal da kəskin münasibət bildirib: «Türkiyənin müstəqilliyi, güclü yüksəlişini həzm edə bilməyib cürbəcür oyunlarla buna əngəl olmaya çalışanlar qarşılarında hər daim cumhurbaşkanımızı, millətimizin iradəsini görüblər. Bundan sonra da görməyə davam edəcəklər»

Bu xəbəri paylaşın: