Gənclərimiz müharibə veteranına baş çəkiblər

Azərbaycan xalqını digər xalqlardan fərqləndirən xüsusiyyətlərdən biri də onun mərhəmətli və xeyirxah olmasıdır. Ölkəmiz koronavirus pandemiyası dövründə bir-birinə yardımçı olmağa, bir-birinin dərdinə şərik olmağa çalışması bir daha bu fikirləri təsdiqlədi.

Dünyanın hər yerində ehtiyacı olan soydaşlarımıza yardıçı olanların sırasında gənclərimizin çox olmasını qürurla qeyd etmək yerinə düşərdi. Qruplar yaradan gənclərimizdən biri barədə qrup üzvü Ceyhun Məmmədov məlumat verərək bildirdi ki, «W 202 Azerbaycan qrupu» da belə aksiyalardan kənarda qalmayıblar. Ölkə rəhbərinin «Biz birlikdə güclüyük» çağırışına uyğun olaraq, Sumqayıt şəhərində yaşayan, müharibə veteranı Bəxtiyar Orucəli oğlu Hüseynova yardım göstəriblər.

Gənclər müharibə veteranına bu çətin günlərdə maddi və ərzaq yardımı göstəriblər.

Gənclərimizə bu humanist addıma görə müharibə veteranları adından öz minnətdarlığımızı bildiririk.

Türkay Xaqan

Bu xəbəri paylaşın: