R.T. Ərdoğan: «Biz Aralıq dənizində, Liviyadayıq, ona cavab vermə vaxt itkisidir»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, «hakimiyyətə gəlsəm Ərdoğanı devirmək üçün Türkiyə müxalifətinə açıq dəstək verəcəm» deyərək skandal açıqlama ilə gündəmə gələn ABŞ prezidentliyinə namizəd Co Baydenə cavabı gecikmədi. 

Ərdoğan Tvitterdə yazdığı statusunda Baydenə cavab verməni vaxt itkisi adlandırıb.

«Biz kimin nə dediyinə deyil, millətimizin nə istədiyinə, hansı istiqaməti göstərdiyinə baxaraq yolumuza davam edəcəyik. Gərəksiz mübahisələrlə enerjimizin xərclənməsinə, vaxt itkisinə, diqqətimizin dağılmasına izn verməyəcəyik. Biz hazırda Aralıq dənizində, Egedə, Liviyada haqlarımızı qoruyuruq. Biz hazırda Suriyada, İraqın şimalında terror təşkilatlarının önünü kəsirik « — sözləri ilə Ərdoğan fikir bildirib.

Bu xəbəri paylaşın: