AVMVİB — İN 67.000-Cİ ÜZVLÜK VƏSİQƏSİ XANKƏNDİLİ VETERANIMIZA TƏQDİM EDİLDİ

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovun verdiyi məlumata görə, Birlik üzvlərinin sayı 67 min nəfərə çatıb. 67 mininci vəsiqənin sahibi yeni yaradılmış AVMVİB Xankəndi şəhər şöbəsinin üzvü Mürvət Tapdıq oğlu Əliyev olub.

Artıq ənənə halını almış mərasimdə AVMVİB sədri Füzuli Rzaquliyev vəsiqəni sahibinə təqdim edib. Bu təqdimat mərasimində AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev iştirak ediblər.

67.000-ci üzvlük vəsiqəsi Mürvət Tapdıq oğlu Əliyevə təqdim olunub.

Təbrik edirik!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: