Paşinyandan Azərbaycanla bağlı SENSASİON SÖZLƏR: bakılılar qarşısında baş əydi və… — FOTO/VİDEO

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İrəvanın “Politik.am” saytı yayıb.

Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.

11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib.

O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: “20 Yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim”.

Video: Sevinc Xanqızı

Bu xəbəri paylaşın: