LUKAŞENKO: «Hətta mən ölsəm belə ölkəni sizə verməyəcəm»…

Bu gün Belarusun paytaxtı Minskdə ölkə Prezidenti Aleksandr Lukaşenkoya dəstək mitinqi keçririlib.

Fedai.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib. Müstəqillik meydanına minlərlə insan toplaşıb. Bu, prezident seçkilərindən və etirazların başlanmasından sonra Lukaşenkoya dəstək məqsədi ilə keçirilən ilk aksiya olub.

Belarusun Prezidenti Aleksandr Lukashenko, Minsk şəhərinin mərkəzində yerləşən “Müstəqillik Meydanı”ndakı dəstək mitinqində çıxış edir.

Sputnik.belorus xəbər verir ki, Prezident aksiyaçılara təşəkkür edib:

“Sizi bu meydana dəvət etmək istəmirəm, çox işiniz var, çörəyinizi təmin edirsiniz, uşaqları məktəbə hazırlamalısınız… Hətta mən ölsəm belə ölkəni sizə verməyəcəm. İslahat deyirsizsə, sabahdan başlayaq, nə deyirsiz edək. 90-cı illəri xatırlayıram, insanlar burada qab-qacaqla dayanmışdılar, işçilər yemək istəyirdilər, uşaqlarına ərzaq tələb edirdilər. Mitinqlərin tərəfdarı deyiləm, amma təəssüf ki, sizi köməyə çağırmalı oldum, bu mənim günahım deyil”.

“Həyatımda ilk dəfə olaraq qarşınızda diz çökürəm, siz buna layiqsiniz”.

Bu sözləri Aleksandr Lukaşenkonun çağırışına səs verib meydana çıxmış belarus xalqına müraciətində deyib.

… VƏ BELORUSDA MÜXALİF QÜVVƏLƏRİN MİTİNQİNİN BU GÜNKÜ GÖRÜNTÜLƏRİ YAYILIB:

Bu xəbəri paylaşın: